!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Onlar həm polis, həm də əsgər kimi xidmət aparır – FOTO - VİDEO

!Reklam – Yazi

Ağdam və Tərtər rayonlarında polis əməkdaşları ilə görüşlər keçirib. Görüşlər “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan polisinin 100 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi” adlı layihə çərçivəsində baş tutub.

Yenicag.az xəbər verir ki, Tərtər rayon Polis Şöbəsində baş tutan tədbirdə çıxış edən ictimai birliyinin sədri, Avtosfer.az portalının baş redaktoru Elməddin Muradlı qarşıdan gələn 2 İyul Polis günü münasibətilə polis əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Təşkilat sədri qeyd edib ki, Tərtər rayonu cəbhəboyu zonada yerləşir və burada aprel döyüşləri zamanı polislər gecə-gündüz səngərdə əsgərlərlə birlikdə olub.

E.Muradlı bildirib ki, cəbhəboyu zonada yaşayan insanlar həssas olur və bu səbəbdən də polis əməkdaşları insanlarla ünsiyyətdə daha diqqətli olmalıdırlar. Polislər həm cəmiyyətdə, həm də sosial şəbəkələrdə davranışlarına fikir verməlidir: “Bəzən polis əməkdaşları özlərini sosial şəbəkələrdə sadə insanlar kimi aparır, neqativ hallara yol verirlər. Bir nəfər polis əməkdaşının səhvini bütün polislərə ləkə kimi qəbul edən insanlar var. Məhz onlar bu cür neqativ məlumatları dayanmadan sosial şəbəkələrdə paylaşır, polisin nüfuzuna xələl gətirirlər.

Polisin nüfuzunu qorumaq üçün hər bir əməkdaş öz hərəkətlərinə, davranışlarına, eləcə də vətəndaşlarla münasibətinə son dərəcə diqqətlə yanaşmalıdır. Bəzən polislər mobil telefonla xidmət zamanı lazımsız foto və videolar çəkirlər, bir-biri ilə zarafatlar edirlər. Telefon xarab olur və onu təmir etmək üçün ustaya verirlər. Ustalar da həmin görüntüləri ələ keçirib sosial şəbəkələrdə yayırlar. Kiçik bir səhv illərlə çəkilən zəhmətə son qoyur. Tanımadığınız insanlarla səmimi söhbətlər edib sonradan onların əsirinə çevrilməyin, şantaj obtekti olmayın”.

Tədbirdə çıxış edən hüquqşünas Ərşad Hüseynov da polis əməkdaşlarını təbrik edib. O, Qarabağ müharibəsində iştirak etmiş və həlak olmuş polis əməkdaşlarının xatirəsini anıb və ümid etdiyini bildirib ki, yenidən müharibə başlasa hazırda daxili işlər orqanlarında xidmət edən əməkdaşlar şəhid və qazi olan həmkarlarının qisasını alacaq və ən azı onlar qədər rəşadət göstərərək torpaqların işğaldan azad olunmasına çalışacaqlar.

Ə.Hüseynov da polis əməkdaşlarının vətəndaşlarla ünsiyyət zamanı diqqət yetirməli olduğu məqamlara toxunub, qanunvericiliyin tələblərindən danışıb və onları maraqlandıran suallara cavab verib. Polis əməkdaşları əsasən vətəndaşlarla ünsiyyət zamanı yaranan müəyyən ziddiyətli məqamları diqqətə çatdıraraq Ərşad Hüseynovun hüquqşünas kimi fikirlərini dinləyiblər.

Daha sonra Ağdam şəhərində keçirilən görüş də maraqla qarşılanıb. Polis əməkdaşları “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinə, eləcə də “Digesta” hüquq firmasının rəhbəri, hüquqşünas Ərşad Hüseynova onları yada salıb görüşə gəldikləri üçün təşəkkür ediblər.

Burada da çıxış edən Elməddin Muradlı bildirib ki, cəbhə zonasında ən qaynar nöqtələrdə xidmət edən polislərin işi ağır və məsuliyyətli, eyni zamanda şərəflidir.

O, qeyd edib ki, burada polis əməkdaşları həm polis, həm də əsgər kimi xidmət edirlər və bu da bizi çox sevindirir: “Biz həm əsgərlərimizə, həm də polislərə çox güvənirik. Çünki onlar daim əsgərlərlə çiyin-çiyinə döyüş bölgəsində xidmət aparırlar. Əsgərlərimiz səngərdə düşmənlə üz-üzə dayandığı kimi polislər də cəmiyyətə düşmən kəsilən cinayətkarlara qarşı mübarizə aparırlar. Həmçinin əhalinin sabit, firavan və inamlı şəkildə öz doğma yurdlarında yaşamasına şərait yaradırlar”.

Görüş zamanı onda qeyd olunub ki, Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişi ilə Ağdamda 17 polis bölməsi yaradılıb, bu da da əhalinin polisə olan inamını artırır. Çünki hər hansı bir hadisə baş verdikdə, atəşkəs pozulduqda əhali güvənc yeri kimi məhz həmin bölmələrə gəlir, polislərin əhatəsində özlərini güvəndə hiss edirlər.

Hüquqşünas Ərşad Hüseynov isə görüşdə iştirak edən polislərə öz tövsiyələrini verib, onları maraqlandıran suallara, eləcə də yol hərəkəti qaydaları barədə ziddiyyətli məqamlara aydınlıq gətirib, işlərində uğurlar arzulayıb.

www.yenicag.az

2651
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv