!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Onlar mənimlə dalaşırlar" - Əfran İsmayılov  

!Reklam – Yazi

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – San Marino matçı millimizin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Yenicag.az xəbər verir ki, sözügedən qarşılaşmada dubla imza atan Əfran İsmayılov qarşılaşmanı şərh edib:

“Çox çətin idi, çünki Norveç səfərindən sonra bu oyuna hazırlaşmaq üçün cəmi 2 gün vaxtımız qalmışdı. Buna görə də çətin olacağını düşünürdük. Üstəlik, azarkeşlərimiz bizdən ancaq qələbə gözləyirdi. Biz də qələbə qazanmaq və xal ehtiyatımızı rekord saya yüksəltmək istəyirdik. Bu qədər qol vuracağımızı isə gözləmirdik. Həqiqətən də futbolumuz inkişaf edir və bunda hazırkı baş məşqçimizin də zəhməti var. Artıq bu qələbəni unutmaq lazımdır. Qarşıdakı bizi Çexiya ilə ağır oyun gözləyir. Çalışacağıq ki, azarkeşlərin ümidini doğruldaq”.

Təcrübəli yarımmüdafiəçi son vaxtlar zəif oyununa görə azarkeşlər tərəfindən tənqid olunmasından da danışıb: “Heç vaxt azarkeşlərlə dava etməmişəm. Onlar mənimlə dalaşırlar. Ümumi götürdükdə, bu, xalqımızın qələbəsidi və onlara həsr edirik. Həqiqətən də Norveçlə oyuna çox “boş” çıxmışdıq. Baş məşqçimiz də dedi ki, bizim günümüz deyil. Bunun ağrısını yaşadıq. San Marino ilə oyundakı qələbədə isə baş məşqçinin əməyi danılmazdı. İki gün ərzində komandanı toparlaya bildi. Dedi ki, siz heç vaxt rəqiblərə bu cür zəif oyunla uduzmamısınız. Öz oyununuzu oynamalısınız. Bu gün həqiqətən də çox istəkli idik”.

www.yenicag.az

3519
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv