Onlar Milli Məclisdə yeni yaradılan komissiyanın üzvü seçildilər

Xəbər verdiyimiz kimi, Milli Məclisin ötən gün keçirilən iclasında Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası yaradılıb. Deputat Ramid Namazov komissiyanın sədri seçilib.

Yenicag.az-ın məlumatına görə, müvəqqəti komissiya aşağıdakı tərkibdə təşkil edilib:

Komissiyanın sədri

Namazov Ramid Zakir oğlu.

Komissiyanın üzvləri:

Ağazadə Əminə Həmid qızı,

Bayramov Kamran Fərhad oğlu,

Həsənov Nurlan Urfan oğlu,

Məmmədov Qaya Məmməd oğlu,

Mikayılova Sevil Əlirazı qızı,

Musabəyov Rasim Nəsrəddin oğlu,

Paşayeva Gülşən Məmmədəli qızı,

Şükürov Zaur Ramiz oğlu.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın vəzifə və səlahiyyətləri aşağıdakı kimi müəyyən olunub:

Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə xarici müdaxilələr və hibrid təhdidlər ilə bağlı hallara dair hesabatların hazırlanması;

xarici müdaxilələr və hibrid təhdidlər ilə bağlı önləyici addımlara dair təkliflərin hazırlanması;

Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə xarici müdaxilələr və hibrid təhdidlər barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə bəyanatların verilməsi;

Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə zəruri hallarda müvafiq istiqamətlər üzrə ictimai dinləmələrin keçirilməsi;

aidiyyəti icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları ilə əməkdaşlıq əlaqələrinin qurulması;

qanunvericiliyin xarici müdaxilələr və hibrid təhdidlər baxımından araşdırılması, təhlil edilməsi və bununla bağlı Azərbaycan Respublikasının Milli Məclisinə təkliflərin verilməsi;

Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə zəruri hallarda komitələrin qanun layihələrinə dair müvafiq müzakirələrində iştirak edilməsi;

hibrid təhdidlər üzrə beynəlxalq əməkdaşlıqda iştirak edilməsi, Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq parlament təşkilatlarında nümayəndələri ilə əlaqələndirilmiş fəaliyyət göstərilməsi.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət müddəti ərzində fəaliyyət göstərir.

 

COP29