!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Onlar mülki insanları qəsdən hədəf alıblar” - Aqil Ələsgər ATƏT-də erməni terrorundan danışdı - FOTO/VİDEO

!Reklam – Yazi

“Dünyada heç bir ölkə terrora və terrorçuya güzəşt etmir, onlarla “silahı burax” deyə müzakirə aparılmır”.

Yenicag.az xəbər verir ki, Polşanın paytaxtı Varşava şəhərində keçirilən ATƏT-in İnsan Haqlarına dair Zirvə Toplantısının “Hüquqi dövlət” sessiyasında “İnsan haqlarının qorunması və terrorla mübarizə” mövzusunda çıxış edən “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin və “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər deyib:

“Yaxın Şərqdə son baş verənlər buna açıq nümunədir: güclü dövlətlər terrorçu hesab etdiklərini məhv edirlər. Azərbaycan isə öz ərazisində terror dövləti quran, Qarabağı işğal edən terrorçulara qarşı humanist davranaraq onları məhkəmə qarşısına çıxarıb. Bu, ciddi bir humanist aktdır“.

“Vardanyan, Qukasyan və Arutunyanın əlləri yalnız Azərbaycan əsgərlərinin deyil, həm də Gəncə və Bərdədə yaşayan mülki vətəndaşların qanına batıb. Onlar Qarabağ müharibəsi zamanı mülki obyektləri və insanları qəsdən hədəf alıblar. Əgər bu şəxslər başqa bir dövlətə qarşı eyni cinayətləri törətsəydilər, qəhrəman kimi qəbul olunardılar?! Qısacası, erməni terrorundan bir əsrdən çox əziyyət çəkən Azərbaycan xalqı terrorun bütün formalarını qətiyyətlə lənətləyir. Biz terrora və terrorçuya qarşıyıq” – deyə o bildirib.

 

Məsimə Məmmədova

COP29

www.yenicag.az

536
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv