!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Onlar ölkəmizdə şəffaf seçki mühitinə kölgə salmaq istəyirlər”

!Reklam – Yazi

????????????????????????????????????

Noyabırın 1-də V çağırış Milli Məclisə seçkilər keçirildi. Milli Məclisə seçkilərdə 125 yer uğrunda 767 deputatlığa namizəd mübarizə aparıb.

Seçkilərlə bağlı yerli və xarici müşahidəçilər olduqca pozitiv mövqe nümayiş etdirdilər. Lakin bəzi beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən seçkilərə qarşı qərəzli mövqe nümayiş etdirməkdən çəkinmədilər.

Bu barədə saytımıza açıqlama verən ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev bəzi Qərb dairələrinin qərəzli açıqlamalarının gözlənilən olduğunu bildirdi: “Seçkilərdə müşahidə aparmaq üçün ümumilikdə 66 min müşahidəçi qeydiyyatdan keçib. Bura 40 təşkilatı, 27 ölkəni təmsil edən 501 beynəlxalq müşahidəçi də daxildir. Bu kifayət qədər yüksək rəqəmdir. Təsəvvür edin ki, 50 milyon əhalisi olan ölkələrdə bundan 2 dəfə az müşahidəçi cəlb olunur. Bu da onu sübut edir ki, ölkəmiz bütün demokratik proseslərə açıqdır”

Milli Məclisə seçkilərlə əlaqədar “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “Rəy” Monitorinq Mərkəzi müstəqil, Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası isə “AJF & Associates İnc.” şirkəti (ABŞ) ilə birgə “exit-poll” keçirdiyini deyən A.Verdiyev nəticələrin üst-üstə düşməsinin seçki proseslərinin şəffaf keçməsindən xəbər verdiyini dedi: “”Rossiya 24″ kanalı , GUAM-ın baş katibi, AŞPA müşahidəçiləri, TürkPA, ABŞ Müşahidəçilər qrupunun rəhbəri, Texas ştatından keçmiş konqresmen Solomon Ortiz və digər nüfuzlu qurumlar və şəxslər seçkilərlə bağlı faktoloji yanaşma sərgilədilər. Bundan sonra hansısa beynəlxalq qurumun seçki saxtakarlığı ilə bağlı uydurma hesabat ortaya qoyması qərəzli sifariş kimi qəbul olunmalıdır. Onlar sadəcə olaraq ölkəmizdə şəffaf seçki mühitinə kölgə salmaq istəyirlər. Ölkəmizdə hər sahədə kifayət qədər ciddi islahatlar aparılır. Bu mənada iqtisadi və siyasi inkişaf bəzi ermənipərəst dairələri ciddi şəkildə narahat etməyə başlayıb. Hesab edirəm ki, ictimai-siyasi həyatda az-çox rolu olan hər kəs Cənab Prezidentin ətrafında sıx birləşərək xarici hücümlara qarş innovativ metodlarla cavab verməyə hazır olmalıdır” deyə A.Verdiyev bildirib(7news).

www.yenicag.az

498
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv