!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Onlara ayrılan maliyyə bizə ayrılsaydı…” - Azərbaycanlı rejissor kimə meydan oxudu?

!Reklam – Yazi

“Əcnəbi seriallara ayrılan maliyyə, işçi qűvvəsi bizə də ayrılsaydı, onda onlar təşvişə dűşərdilər ki bizim serialları onların ölkəsində nümayiş etdirirlər”.

Bunu Yenicag.az-a açıqlamasında bir çox yerli serialları ərsəyə gətirən rejissor Qulu Əsgərov sentyabrdan etirbarən telekanallarımızda nümayiş olunacaq əcnəbi serialların yerli serialların reytinqinə təsir edib-etməyəcəyini dəyərləndirərkən deyib.

Rejissor əcnəbi serialların yerli serialların reytinqinə təsirini istisna etməyib:

“Əcnəbi seriallar yerli serialların reytinqinə təsir edə bilər, amma baxır hansı yerli seriallara. Bizim artıq kifayət qədər öz tamaşaçımız var, onlara təşəkkűrűmű bildirirəm. Çox sağolsunlar ki izləyirlər və qiymətləndirirlər”.

Q.Əsgərov onu da bildirib ki, əcnəbi seriallara ayrılan büdcə bizim seriallara ayrılan vəsaitlə müqayisəyəgəlməzdir:

“Dűzdűr, indiki halda xarici seriallarla yerli serialları műqayisə etmək dűzgűn deyil. Çünki onlara ayrılan maliyyə ilə bizim serialların büdcəsi arasında böyük fərq var. İnanıram ki yaxın gələcəkdə yerli serialların bűdcəsi xarici serialların bűdcəsi qədər olacaq və biz də başqa ölkələrə öz məhsulumuzu sata biləcəyik. Əcnəbi seriallara ayrılan maliyyə, işçi qűvvəsi bizə də ayrılsaydı, onda onlar təşvişə dűşərdilər ki bizim serialları onların ölkəsində nümayiş etdirirlər. Unutmayaq ki, xarici serialları da insanlar çəkir və onlar bizdən heç də ağıllı, űstűn deyillər. Bizim cox istedadlı aktyorlarımız, rejissorlarımız və zəngin mədəniyyətimiz var. Ona görə də məni xarici serialların efirə buraxılması heç də qorxutmur”.

Cəvahir

www.yenicag.az

1974
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv