!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Onları dəfn etməyə heç kimləri yoxdu… – Ana ilə oğlunun dəhşətli qətli

!Reklam – Yazi

aleksBu gün Nərimanov rayonunda anası ilə birgə yaşadığı evdə qətlə yetirilən Aleksandr Məhərrəmovun ölümü medianın araşdırdığı əsas mövzu oldu.

“Qafqazinfo”nun əməkdaşları Aleksandr və anası Janna Məhərrəmovanın qətlə yetirildiyi ünvana baş çəkiblər.

Məlum olub ki, Aleksandr “Biznes-dialoq” şirkətinin rəhbəri yox, baş meneceri olub. Anası Janna isə müəllimə işləyib.

Qonşular deyir ki, subay olan Aleksandr və anası çox sakit insanlar olub, qonşularla da elə çox ünsiyyətdə olmayıblar: “Hər ikisi sakitcə işə gedib gəlirdi, arada rastlaşanda salamlaşırdıq, bu qədər”.

Aleksandr son bir neçə gündə işə getməyib. Dünən isə Aleksandr işlə bağlı xaricdən gələn qonaqla görüşməli imiş. İş yoldaşları dəfələrlə ona zəng etsələr də, telefona cavab verməyib. Bundan sonra onlar Aleksandrın evinə gəliblər. Mənzilin qapısı bağlı olub və həmkarları heç kimin qapını açmadığını gördükdə Fövqəladə Hallar Nazirliyinə məlumat veriblər. FHN əməkdaşları qapını açaraq evə daxil olduqda hər ikisinin öldüyünü aşkar edib. Ana və oğul küt alətlə başından vurularaq öldürülüb. Ehtimala görə, hadisəni törədən şəxslər ailəyə yaxın adam olub. Çünki qətl törədildikdən sonra qapı açarla bağlanıb.

Aleksandrın həmkarları sosial şəbəkələrdə yaydığı məlumatlarda qeyd ediblər ki. Qonşuların sözlərinə görə, Janna Məhərrəmova erməni əsilli olub, ana və oğul hər ikisi provaslav dininə etiqad ediblər. Bunu Aleksandr özünün facebook profilində də qeyd edib.

Hadisə baş verən mənzilin binası prokurorluq əməkdaşları tərəfindən möhürlənib. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilib saxlanılması üçün araşdırma aparılır.

www.yenicag.az

882
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv