!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Onları yenidən Azərbaycana dəvət edirəm” - Arzu Əliyeva 

!Reklam – Yazi

Ölkəmizdə keçirilən ənənəvi “Tour d’Azerbaidjan” veloyürüşü ildən-ilə daha keyfiyyətli təşkil olunur. Turnir xeyli insanı bir araya toplayaraq, onlara unudulmaz hisslər bəxş edir. Dünyanın müxtəlif yerlərindən velosiped idmanı həvəskarları yarışları izləmək üçün Azərbaycana gəlirlər.

Bu fikirləri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva ölkəmizdə keçirilən “Tour d’Azerbaidjan” veloyürüşünün bağlanış mərasimində “Eurosport” telekanalına müsahibəsində deyib.

Arzu Əliyeva diqqətə çatdırıb ki, “Tour d’Azerbaidjan” ölkəmizdə əsl bayram ab-havası yaradır. “Biz bundan çox məmnunuq və gələcəkdə də turniri keçirməkdə davam edəcəyik. Qonaqların Azərbaycandan zövq aldığını düşünürəm. Azərbaycan möhtəşəm bir ölkədir və gəzməli, görməli yerlərlə zəngindir. Bizim gözəl təbiətimiz var. Sevindirici haldır ki, hər il daha çox insan bu gözəlliyin şahidi olur”, – deyə Bakı Media Mərkəzinin prezidenti vurğulayıb.

Azərbaycanda idmana xüsusi diqqət yetirildiyini bildirən Arzu Əliyeva qeyd edib ki, biz gənclərin fəal həyat tərzi yaşamasının tərəfdarıyıq. Ölkədə idmana marağı artırmaq məqsədilə mötəbər idman yarışları təşkil olunur. Birinci Avropa Oyunları, Formula-1, İslam Həmrəyliyi Oyunları, xüsusən də ötən həftə təşkil olunan Bakı Marafonu buna misaldır. Biz bu yarışların ətrafına çoxlu sayda insan toplamağı bacardıq. Bu da həm əyləncəli vaxt keçirmək, həm də sağlamlıq baxımından çox faydalıdır.

Ötən il keçirilən ən mötəbər yarışlardan birinin də Formula-1 olduğunu diqqətə çatdıran Arzu Əliyeva deyib: “Biz budəfəki yarışı ötənilkindən daha yaxşı təşkil edəcəyik. Gələn il isə builki təcrübədən faydalanaraq, Formula-1-i bundan da yaxşı keçirəcəyik. Azərbaycan təmsilçisinin “Tour d’Azerbaidjan” yarışındakı nəticəsinə çox sevindik. Bununla qürur duyuruq. Bütün iştirakçılara uğurlar arzulamaq istəyirəm. Onları yenidən Azərbaycana dəvət edirəm”.

Yeniçağ.az

www.yenicag.az

661
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv