!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Onların qeyri-qanuni yolla deputat olmasına, …”

!Reklam – Yazi

347ADP sədri Sərdar Cəlaloğlu  açıqlamasında bəzi millət vəkillərinin “biz prezidentin çörəyini yeyirik” fikrinə münasibət bildirib. S.Cəlaloğlu bunu səmimi etiraf kimi dəyərləndirib:

“Azərbaycanda keçirilən bütün seçkilər, o cümlədən parlament seçkiləri qeyri-demokratik şəraitdə keçirilir. Buna görə də həmin millət vəkilləri səmimi surətdə etiraf edirlər. Çünki onlar parlamentə öz gücləri, öz potensialları ilə düşməyiblər. Onlar parlamentə hakimiyyətin razılığı ilə düşüblər. Həmin insanlar onların millət vəkili olmasına kim razılıq veribsə, onun da çörəyini yeyirlər. Onlar öz alın tərlərinə, xalq qarşısındakı xidmətlərinə görə deputat olmayıblar. Buna görə də deyə bilmirlər ki, biz öz əməyimizin çörəyini yeyirik. Onlar doğrudan da prezidentin çörəyini yeyirlər. Onların qeyri-qanuni yolla deputat olmasına imkan yaradan, göz yuman, bunun qarşısını almayan hansı qüvvə varsa, o qüvvənin də çörəyini yeyirlər. Onların dediyindən belə çıxır ki, bu insanları ora prezident təyin edib və buna görə də prezidentin çörəyini yeyirlər”.
S.Cəlaloğlunun sözlərinə görə, millət vəkilləri arasında prezidentlə yanaşı nazirlərin çörəyini yeyənlər də az deyil:

“Ola bilsin ki, bəziləri hansısa nazirin çörəyini yeyir, ola bilsin hansısa hakimiyyətdəki başqa bir qüvvənin çörəyini yeyir. Lakin o şəxs ki, iddia edirsə ki, mən prezidentin çörəyini yeyirəm, bu o anlama gəlir ki, mən prezidentin razılığı ilə bura düşmüşəm. Bunun başqa cür izahı yoxdur. Əgər bir millərt vəkili parlamentdə oturubsa, ora həqiqətən də xalqın səsi ilə seçilibsə, xalqa xidmət edirsə, o zaman bu millət vəkili təbii ki, ona göstərilən etimada, yediyi örəyə gbörə xalqa borcludur. Kim ki, prezidentin çörəyini yeyir, bu həm də o anlam daşıyır ki, mən prezidentə xidmət edirəm. Yəni məni bura o təyin edib, mən də ona xidmət edirəm. Yəni açıq şəkildə etiraf edir ki, mənim xalqla, dövlətlə heç bir əlaqəm yoxdur və mən ancaq prezidentə xidmət etmək üçün burdayam”.

www.yenicag.az

577
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv