Reklam

Reklam

Rusiya -Azərbaycan sərhədində 3 gündür ki, böyük tıxac yaranıb.

Yeniçağ.az Xezerxeber-ə istinadən xəbər verir ki, Xaçmaz Gömrük İdarəsi “Xanoba” Gömrük Postunun Gömrük Nəzarət Zonasının yaxınlığında, habelə Rusiya ilə Azərbaycanın neytral zonasında xeyli avtomobil toplanıb. 30-dan çox yük avtomobili ilə yanaşı, mikroavtobuslarda, eləcə də onlarla piyada, sərhədi keçmək üçün üç sutkadır növbə gözləyir.

Sürücülər həm gecikdiklərini, həm də daşıdıqları ərzaq və kənd təsərrüfatı məhsullarının xarab olduğunu deyərək narahatlıqlarını bildiriblər.

Gömrük Komitəsinin sədri Aydın Əliyev deyir ki, son bir neçə gündə Rusiya tərəfinin Sərhəd Gömrük İdarəsi alma və soğan məhsuluna şübhə ilə yanaşaraq, bunu ekspertizaya göndərib. Yaranmış gecikmələrlə baglı rəsmi məktub göndərilib.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 73
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."