“Onlayn imtahan karantinin şərtlərindən asılıdır” – RƏSMİ

“Onlayn imtahan karantinin şərtlərinin nə dərəcədə dəyişdirilməsindən asılıdır”.

Yenicag.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin(DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn mətbuat konfransında çıxışı zamanı qeyd edib.

Məleykə Abbaszadənin sözlərinə görə, onlayn imtahanlarla bağlı müəyyən araşdırmalar aparılıb:

“Onlayn imtahan vermək üçün kiminsə evində mütləq lazımi kompyuter təminatı və kamera olmalıdır. Biz bunu hər kəs üçün eyni zamanda təmin edə bilməsək, biz komputer olan məktəblərdə oflayn imtahanlar həyata keçirməliyik. Təşkilatımız texniki baxımdan onlayn imtahanları həyata keçirməyə hazırdır. Bu məsələ ilə bağlı Təhsil Nazirliyi ilə sıx əməkdaşlığımız var. Hazırda Təhsil Nazirliyinin həyata keçirdiyi onlayn dərslərə nəzarət edirik və bu prosesinin gedişatı diqqət mərkəzimizdədir. Onlayn və oflayn imtahanla bağlı kompleks məsələlər müzakirə olunur”.

Gülşən Şərif