Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Onlayn təhsil olsun, olmasın? – Sorğu

online-educationTexnologiyanın sürətlə inkişaf etdiyi bir zamanda insanların həyat fəaliyyəti daha da sadələşir.  Artıq müxtəlif təkliflərmizi internet vasitəsilə verə bilə, eyni zamanda müəyyən xidmətləri bu şəbəkə vasitəsilə qəbul edirik. Sözsüz ki, burada ən başlıca özəllik  sürətlilik amilidir. Evdən çıxmadan, hətta oturduğumz yerdən belə qalxmadan ödəniş edə, hər hansı sifariş verə, dövlət qurumlarına olan irad və təkliflərimizi bildirə bilərik.

Son zamanlar isə, “online təhsil” adlanan metod ortaya çıxıb. Onlayn təhsil dedikdə, skype, sosial şəbəkələr, o cümlədən müxtəlif sahədə təhsil proqramı təqdim edən  saytlar nəzərdə tutulur. Belə ki, müəyyən tədris proqramları təklif edən şirkətlər sözügedən üsullarla ödənişli təhsil təklif edirlər.

Bu barədə gənclərin fikrini öyrənməyə çalışdıq. Yenicag.az saytı olaraq “Onlayn təhsilə münasibətiniz necədir?” sualı ilə onlara müraciət etdik.

Məmmədov Bürhan: “Düşünürəm ki, onlayn təhsilə müəllimlər daha həvəs və daha peşəka yanaşacaqlar. Çünki öyrənmənin yeri, yaşı və məqamı olmur. Daha perspektivli olacaq”.

Səidə Mamedova: “Normal yanaşıram. Lakin onlayn təhsil məni  tam qane etmir.”

Fərid Kazımov: “ Fikrimcə, oxuyan kəslər üçün yaxşıdır. Oxumayanlar üçün fərq etməz”

Gülşən Əlizadə: “Çox müsbət dəyərləndirirəm. Fikrimcə, məhz təhsil almaq istəynlər üçün faydalı olacaq”.

Zemfira Salahova: “Münasibətim çox normaldır. Oxumaq istəyən insan üçün onlayn yaxud real  fərq etməz.”

 

Kamran Ədalətoğlu

Yenicag.az

 

 

www.yenicag.az

370