Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"...onu danışdıran içindəki paxıllıqdır” - Elton Röyadan danışdı

Müğənni Elton Hüseynəliyevlə vaxtilə küsülü olduğu xanım həmkarı Röya arasında hələ də soyuq yellər əsdiyi deyilir. Röyanın “Altın Kelebek” mükafatı qazandıqdan sonra tənqidlərə tuş gəldiyi zaman Eltonun onu müdafiə etməməsi bunu bir daha sübut edib.

Yeniçag.az-a açıqlama verən Elton isə hazırda münasibətlərin normal olduğunu bildirib. O, həmin ərəfədə susmasına belə aydınlıq gətirib:

“Susmağımın səbəbi var idi. Şirinlik kimi çıxmasın, bugünkü gündə Röyanın onu müdafiə etməyimə ehtiyacı yoxdur. Bəlkə onun haqqında nəsə yazmağım onu qıcıqlandıra bilərdi. Bəlkə də məndən bunu umurdu, deyə bilmərəm. Hər halda, soruşdunuz, fikrimi dedim. Röya gedib “Altın Kelebek” mükafatı alıb. Buna görə onu alqışlasaq, dünya dağılardı? İki il bundan əvvəl bu söhbəti etmişdim, hətta qalmaqala səbəb olmuşdu. Xalq artisti Flora Kərimovanın yanında Röya sənətkar deyil deyə bir söhbət olmuşdu. Mən dedim ki, Röya sənətkardır. Sənətkar o demək deyil ki, mütləq muğam ifaçısı olmalıdır. Pop sahəsində də müğənni sənətkar ola bilər. İnsan bir qalxanda, bir də düşəndə ətrafdakıların kim olduğunu gözəl bilir. Röya ilk dəfə “Altın Kelebek” mükafatını Azərbaycana gətiribsə, bu, onun uğurudur. Kimsə nəsə deyirsə, demək ki, onu danışdıran içindəki paxıllıqdır”.

Cəvahir

www.yenicag.az

3552
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM