77 yaşlı amerikalı qadın Linda Vulfun adı Ginnesin Rekordlar Kitabına düşüb.
Yenicag.az xəbər verir ki, Linda bu yaşa qədər düz 23 dəfə sədaqət andı içib. Onun ən uzun müddətli evliliyi 7 il sürüb. Corc Skotla qurulan ailəsini Linda indiyə qədər ömrünün ən xoş anları kimi xatırlayır.
O, keşiş və musiqiçiylə, təkgözlü cinayətkarla və bomjla da yaşamağa imkan tapıb. Cek Gurli ilə tam 3 dəfə ailə qurub. Lindanın ən qısa sürən evliliyi isə Fred Çeduiklə olub. Cəmi 36 saat davam edən bu münasibət də Lindanın evliliyə olan marağını azaltmayıb.
77 yaşlı qadın sonuncu dəfə Qlin Vulfla ailə qurub. İndiyə qədər də keçmiş ərinin soyadını daşıyır.
Lakin son 12 ildir ki, Vulf tənha yaşayır. Qocalar evindəki darıxdırıcı həyatdan qurtulmaq istəyən qadın 24-cü dəfə ailə qurmaq fikrinə də müsbət yanaşır.