“Onun Bakıda dəfn olunmağına imkan vermədilər”

ilhamesgeroveaas2sf8Dünən vəfat edən Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru İlham Əsgərovun Bakıda deyil, Masallıda dəfn olunması, ümumiyyətlə, aidiyyəti qurumların onun faciəsinə laqeyd yanaşı mərhumun ailəsinin narazılığına səbəb olub.

Bu barədə danışan İlham Əsgərovun həyat yoldaşı Yeganə Əsgərova Mədəniyyət və Turizm Nazirliyini ittiham edib: “Biz istəyirdik ki, İlham Əsgərov Bakıda dəfn olunsun. Heç olmasa qəbri üstə vaxtı-vaxtında gedək, ziyarət edək. Amma onun Bakıda dəfn olunmağına kim imkan vermədilər. İlhama qarşı daha bir laqeydlik gördük. Gərək, bunu dövlət fikirləşərdi, fikirləşmədi… Məcbur olub Masallıya apardıq. O boyda sənətkar getdi, elə bil heç nə baş vermədi. Bu, dəhşətdir… Bu boyda laqeydlik, bu boydə səriştəsizlik, bu boyda hörmətsizlik olmamalıydı, amma oldu. Görəsən, o Mədəniyyət və Turizm Nazirliyi bu munasibətin məsuliyyətini hiss edirmi?”

İ.Əsgərovun həyat yoldaşı qeyd edib ki, mərhumun 3 mərasimi sabah keçiriləcək: “Sabah 3 mərasimidir. Yas mərasimi öz elində, obasında olacaq. Kim istəsə gəlsin”.

Qeyd edək ki, İlham Əsgərov sentyabrın 6-da dünyasını dəyişib. Sentyabrın 7-də isə doğulub-böyüdüyü Masallı rayonun Xançobanlı kəndində dəfn olunub(aznews).