!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Onun qabağına çıxan insan lazımdır”

!Reklam – Yazi

29983_xzd5wrlx6o“Elə qalın üzlü kitab yazırlar ki, kimin başına vursan, yəqin ki, çoxdan dünyasını dəyişmişdi. İçərisində də bir şey yoxdur. Ona görə də bu uşaqlara insanların yazığı gəlsin”.

Bunu hakim partiyadan olan millət vəkili Siyavuş Novruzov parlamentdə çıxışı zamanı səsləndirib. O, bildirib ki, müəllimlərin tək əməkhaqqının artırılması ilə məsələ həll olunmur:

“23 ildir ki, eşidirik ki islahat gedir. Biri Boloniya, biri kurrikulum gətirir. Deyirlər belənçinə, amma ortada bir şey yoxdur. İldən-ilə təhsil alanların da, ali məktəbə qəbul olanların da, balların da faizi aşağı düşür.

Ümumilikdə isə, ortaya bir şey gəlib çıxmır. Azərbaycanda əhalinin sayını götürdükdə müəllimin sayı üç dəfə artıqdır. Burada islahat aparılmalıdır və müəllimə yaxşı əməkhaqqı vermək lazımdır ki, yaxşı işləsin və fayda versin. Ola bilər ki, biz alim, professor, bəstəkar yetişdiririk. Amma bu gün Oqtay müəllim, sizdən xahiş edirəm ki, bir gedin orta məktəbin qarşısına, Azərbaycan uşaqları məktəbdən çıxanda onlara baxın. Bu gün təhsil alan Azərbaycan oğlanlarından 20 faizdən artığı ordunun tələblərinə cavab vermir. Məktəblərdə hərbi dərslər də, idman dərsləri bərpa olunmalıdır. Hazırlıq olmalıdır, imtahan verməlidir. Biz kişi yetişdiririk. Lap olsun onlardan beşi Nobel mükafatçısı, bəstəkar. Amma bizə əsgər də lazımdır. Sabah “İŞİD” gələndə biz bəstəkar axtarmayacağıq. Onun qabağına çıxan insan lazımdır. Biz bu gündən onları yetişdirməliyik. Heç olmasa silahın növünü bilməlidir. Heç olmasa, öz ailəsini düşməndən qorusun. Bir xarici qonaq bir dəfə mənə dedi ki, sizdə kitab buraxmırlar, soyuq silah buraxırlar. Elə qalın üzlü kitab yazırlar ki, kimin başına vursan, yəqin ki çoxdan dünyasını dəyişmişdi. İçərisində də bir şey yoxdur. Ona görə də bu uşaqlara insanların yazığı gəlsin”.

www.yenicag.az

498
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv