!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Onun Rövnəq Abdullayev barəsində danışmağa haqqı yoxdur" - PFL prezidenti

!Reklam – Yazi

Bu gün Azərbaycan Premyer Liqasında 2017-18 mövsümünün püşkatma mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, tədbir AFFA-nın inzibati binasında reallaşıb.

Tədbiri çıxış sözü ilə PFL-in prezidenti Ramin Musayev açıb. O, yeni mövsümlə bağlı yeniliklərdən danışdıqdan sonra, əməkdaşımızın da suallarını cavablandırıb:

“Dünən “Qarabağ” tarixi uğura imza atdı. Hamını bu münasibətlə təbrik edirəm. Püşkatmaya gəlincə, hamıya uğurlar arzulayıram. Deməli, ilk növbədə belə bir qərara gəldik ki, bir komanda əgər beş dəfə çempion olubsa, onun bir ulduz taxmağa ixtiyarı var. Yoxsa bu ulduzu yaraşıq xatirinə formaya həkk etdirmək olmaz. Bu uğuru qazanmaq lazımdır. Limitə gəlincə, 94-cü il təvəllüdlü futbolçuları 96-cı illər əvəz edəcək. Keçən il “Kəpəz”in stadionu ilə bağlı çoxsaylı şikayətlər oldu. AFFA, klub rəhbərliyi, Gəncə şəhər icra başçısı Elmar Vəliyevin dəstəyi ilə bu problem aradan qaldırılmaq üzrədir. Klublardan xahişimiz var ki, “Kəpəz” komandasına stadionla bağlı güzəşt etsinlər. Bu klubların şəxsi işləridir. Ola bilər ki, oyunlar hələlik Tovuzda və ya Bakıda keçirilsin. Bir də belə qərara gəldik ki, icarəyə verilən futbolçu müqavilə ilə məxsus olduğu kluba qarşı da oynasın. Əgər bu adam sənin komandanda heyətə düşə bilmirsə, onda həmin futbolçudan niyə qorxursan? Bəribaşdan deyirik ki, klubların sözügedən məsələ ilə bağlı məktubu qəbul olunmayacaq”

– Yeni mövsümdən etibarən, əvəzedici heyətlərin oyunu əsas komandaların matçından 1 gün sonra olacaq…

– Düz qeyd etdiniz. Baş məşqçilərin fikrini nəzərə alıb, oyunların vaxtını dəyişdik. Amma düşünürəm ki, bu, yanlış fikirdir. Çünki əvəzedicilərin oyunu 1 gün əvvəl olanda əsas komandanın baş məşqçisi də gedib, onların matçına baxa bilirdi.

– Ötən mövsüm yığmanın oyunları ilə bağlı çempionatda bir neçə dəfə fasilə oldu. Həmin problem bu mövsüm də mövcud olacaq?

-Çempionat milliyə futbolçu yetişdirmək üçün keçirilir. Millinin baş məşqçisi necə istəyirsə, biz də ona uyğun qərar verməliyik. Çalışacağıq ki, daha çox fasilə olmasın.

– I divizionda neçə komanda iştirak edəcək?

– Bu barədə açıqlama vermək çətindir. Hazırda 12 namizəd var. Amma belə qərara gəldik ki, bankdan təminat məktubu almalıyıq. Əgər bu məktub olmayacaqsa, heç bir klubu çempionata buraxmayacağıq. Çünki çempionatın gedişində problemlər yaşanır.

– “Şərurspor”un prezidenti Sərdar Bağırov açıqlamasında bildirdi ki, futbola pul yatırtmaq istəyirik. Amma bizə imkan vermirlər. Sizcə, kim icazə vermir?

– Vallah, mətbuat konfransı zalında xanımlar olmasaydı, yaxşı söz deyərdim. O şəxsin nəyə görə şikayət etdiyini bilmirəm. “Şərurspor” və “Rəvan” UEFA-nın qərarı ilə çempionatdan uzaqlaşdırılıb. Əgər onlar göndərilməsəydi, Azərbaycan futbolu məhv olacaqdı.

– “Xəzər Lənkəran”ın rəhbərliyi bildirib ki, AFFA rəhbərliyi dəyişməyənə qədər cənub klubu ölkə çempionatında oynamayacaq. Bu haqda nə deyə bilərsiniz?

– Əgər onlar bugünkü AFFA rəhbərliyindən narazılıq edirlərsə, buna siz jurnalistlər cavab verməlisiniz. Tuyqun Nadirov deyib bu sözü? Ümumiyyətlə, Tuyqun Nadirovun Rövnəq Abdullayev barəsində danışmağa haqqı yoxdur. İndi kimin necə işlədiyi hər kəsə bəllidir. Əgər bir insan danışırsa, öncə öz işinə baxmalıdır. “Xəzər Lənkəran”ın rəhbəri Mübariz Mənsimov idi və o, çempionatdan imtina etmək qərarına gəldi.

Emin

Yenicag.az

www.yenicag.az

1128
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv