“Onun vayına oturum” – Nazilə kimə qarğış etdi? – FOTO

“O tərəzini mənə satanın vayına oturum”.

Yenicag.az xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli sosial şəbəkə hesabındakı paylaşımında deyib.

Aldadıldığını söyləyən Nazilə əsəbdən yemək də yemədiyini bildirib:

“Tərəzimiz andır səhv çəkirmiş. Aylardır elə bilirəm 78 kiloyam. Sən demə 93 kilo imişəm. O tərəzini mənə satanın vayına oturum. Dünəndən iki soyutma yumurtanın üstündəyəm, əsəbimdən yemək də yemirəm. Ac adamın qanı acı olur, məndən uzaq durun”.

Nehru