Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Onun vurduğu qol ilin ən yaxşısı seçildi - VİDEO

Reklam: High Technic

Bu gün FIFA Londonda ilin ən yaxşı qolunun müəllifini açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu, İngiltərənin “Liverpul” klubunun futbolçusu Məhəmməd Salahdır. Misirli yarımmüdafiəçi “Everton”la matçda vurduğu qola görə mükafatlandırılıb.

Daha sonra ən yaxşı baş məşqçinin adı məlum olub. Bu, Fransa milli komandasına rəhbərlik edən Didye Deşamdır. Deşamın rəhbərliyi altında yığma dünya çempionu olub. O, İspaniya “Real Madrid”inə Çempionlar Liqasını qazandırmış Zinəddin Zidanı və Xorvatiya yığmasını dünya çempionatında finala çıxarmış Zlatko Daliçi üstələyib.

Madridin “Real” klubu və Belçika yığmasının qapıçısı Tibo Kurtua 2018-ci ilin ən yaxşı qolkiperi seçilib. O, bu titul uğrunda mübarizədə Uqo Lyoris (Fransa, “Tottenhem”) və Kasper Şmeyheli (Danimarka, “Lester”) qabaqlayıb. Kurtua Belçika yığma komandasının heyətində DÇ-2018-in bürünc medalını qazanıb, həmçinin turnirin yekununda ən yaxşı qapıçı seçilib.

www.yenicag.az

1523
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM