“Onun yarısı” adlı gənc rəssamların qrup sərgisi keçirildi – FOTOLAR/VİDEO

“ArtColab” Yaradıcı Gənclər Platformasının təşkilatçılığı va Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Muzey Mərkəzinin tərəfdaşlığı ilə “Onun yarısı” adlı gənc rəssamların qrup sərgisi keçirilib.

Yenicag.az xəbər verir ki,platformanın 5 illik yubileyinə həsr olunmuş sərgi 4 iyul tarixində Muzey Mərkəzində yerləşən Sərgi Qalereyasında açılıb və platformada təmsil olunan 26 gənc rəssam tərəfindən ərsəyə gələn 45 əsər ictimaiyyətə təqdim olunub. Sərgilənən əsərlərin əksəriyyəti kətar, üzərində yağlı boya ilə, yalnız bir əsər isə kağız üzərində sulu boya ilə işlənmiş müxtəlif mövzulu əsərlər olub.

Açılış mərasimində Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Nazirliyin Aparatının rəhbəri Mustafa Abbasbəyli, “Heydər Əliyev” ordenli heykəltəraş Ömər Eldarov,millət vəkilləri Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevaya, Muzey Mərkəzinin direktoru Liana Vəzirova, Azərbaycan Respublikasının xalq rəssamı Ağaəli İbrahimov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev, “ArtColab” Yaradıcı Gənclər Platformasının rəhbəri Çinarə Quliyeva, “ArtColab” Yaradıcılıq Mərkəzinin baş müəllimi Casiyət Abdullayeva, ictimai xadimlər, gənc rəssamlar və kreativ sənayedə çalışan menecerlər iştirak ediblər.

Tədbirin sonunda gənc rəssamların təltifolunma mərasimi baş tutub. Daha sonra sərginin rəmzi açılışı olan qırmızı lent kəsilib və qonaqlar sərgi ilə tanış olublar.

COP29