OPEC ölkələrinin neft hasilatını azaltmaqla bağlı razılığa gəlməsi xəbərlərindən sonra dünya bazarında neftin qiymətində 4%-dən çox artım qeydə alınıb.
Yenicag.az xəbər verir ki, “Brent” markalı Şimal dəniz neft qatışığının fevral fyuçerslərinin qiyməti 4,90% artaraq 63 dollar/barel olub.
WTI markalı yüngül neftin yanvar fyuçerslərinin qiyməti isə bir barelə görə 4,58% artaraq 53,85 dollar təşkil edib./Report/