!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

OPEC bazarın analizini hələ başa çatdırmayıb? – Nazir açıqladı

!Reklam – Yazi

OPEC katibliyi hələ ki neft bazarındakı vəziyyətin analizini başa çatdırmayıb.

Yeniçağ.Az  OilGas.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak məlumat verib. Onun sözlərinə görə, Vyana sazişinin uzadılması imkanına dair təkliflər may ayında formalaşacaq.

“OPEC katibliyinin bazardakı hazırki vəziyyəti analiz edəcəyinə dair razılaşmışıq. Bu iş hələ ki davam etdirilir. Gələcək fəaliyyəti müəyyənləşdirmək üçün vəziyyəti, müxtəlif ssenariləri öyrənməliyik. Bu gün bu məsələləri müzakirə etmişik. Hesab edirik ki, may ayında keçiriləcək nazirlərin görüşünə qədər təklifimizi formalaşdırmağa hazır olacağıq”, -deyə Novak Qətərin energetika naziri ilə görüşünün yekununda qeyd edib.

Xatırladaq ki, ötən il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə gündəlik neft hasilatının azaldılması barədə saziş imzalayıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və müddətinin uzadılması imkanı nəzərdə tutulub.

May ayının 25-də sazişin uzadılması məsələsi müzakirə olunacaq.

 

Yeniçağ.Az

www.yenicag.az

688
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv