Neftin dünya birjalarında qiymətləri uzuclaşmaqda davam edir.
Yeniçağ.Az xəbər verir ki, bu səhər London birjasında Brent markalı neftin qiyməti 1,06% azalaraq 53,37 dollar təşkil edib.
Analitiklərin fikrincə bu proses OPEC-in hasilatı azaltmaq haqda verdiyi qərara rəğmən davam edəcək.
Xatırladırıq ki, OPEC həftənin əvvəlində gündəlik hasilatın 1 milyon barelə qədər azaldılması haqda qərar qəbul etmişdi.
Yeniçağ.Az