OPEC-in yeni prezidenti bəlli oldu

OPEC-in yeni prezidentinin adı məlum olub.

Yenicag.az xəbər verir ki, bu vəzifəni Venesuelanın neft naziri Manuel Kevedo icra edəcək.

O, gələn il yanvarın 1-dən OPEC-in prezidenti vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, hazırda OPEC-in prezidenti Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Süheyl Məhəmməd Fərəc Əl Məzruidir.