!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

OPEC-in yeni prezidentinin adı açıqlandı

!Reklam – Yazi

Növbəti ildən OPEC toplantısının prezidenti Birləşmiş Ərəb Əmirliyinin energetika naziri Süxeyl əl-Mazrui olacaq.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, bu qərarı təşkilatın fəaliyyətdə olan prezidenti, Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih elan edib.

“Mənim müddətim (OPEC prezidenti postunda-red) başa çatır. Əlahəzrət Süxeyl əl-Mazruinin namizədliyi irəli sürülüb və o yekdilliklə OPEC konfransının prezidenti seçilib. OPEC prezidenti kimi səlahiyyətlərinin iclasına 2018-ci il yanvarın 1-dən başlayacaq”.

Xatırladaq ki, ötən gün OPEC və qeyri-OPEC ölkələri neft hasilatının azaldılması barədə sazişin müddətinin 2018-ci ilin sonuna qədər uzadılmasına razılaşıblar. Müddətin uzadılmasına dair yekun parametrlər hələ razılaşdırılır. OPEC-in növbəti sammitinin 2018-ci il iyunun 22-də keçirilməsi gözlənilir.

www.yenicag.az

2252
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv