!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

OPEC və OPEC+ neft hasilatını artıracaq

!Reklam – Yazi

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupu avqust ayında neft hasilatını gündəlik 648 min barel artırmaq qərarına gəlib.

Yenicag.az xəbər verir ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi 13 üzvlü OPEC və Rusiyanın başçılıq etdiyi OPEC-ə daxil olmayan 10 neft hasil edən ölkənin enerji və neft nazirləri tərəfindən onlayn rejimdə keçirilən nazirlərin 30-cu toplantısında bazar şərtləri və hasilatın həcmi qiymətləndirilib.

Mövcud neft bazarının əsasları və perspektivləri ilə bağlı konsensusa uyğun olaraq qrupun gündəlik neft hasilatının mərhələli şəkildə artırılması ilə bağlı nazirlərin 19-cu və 29-cu toplantısında qəbul edilən qərarlara sadiq qaldığı bildirilib. Belə ki, qrup avqust ayında hasilatı gündəlik 648 min barel artırmaq qərarına gəlib.

COVID-19 pandemiyasından dolayı tələbin azalması səbəbindən 2020-ci ilin aprel ayında gündəlik xam neft hasilatını təxminən 10 milyon barel azaldan qrup tələbin bərpası üçün 2021-ci ilin aprel ayından etibarən müntəzəm fasilələrlə hasilat kəsimlərini yüngülləşdirməyə başlayıb. OPEC+ qrupu 18 iyul 2021-ci ildə keçirilən 19-cu toplantında qəbul edilmiş qərara uyğun olaraq 2021-ci ilin avqust ayından etibarən gündəlik xam neft hasilatını mərhələli şəkildə artırır. İyunun 2-də keçirilən 29-cu toplantıda qrup sentyabrda planlaşdırılan hasilat artımını iyul və avqust aylarına bölüşdürmək, iyul və avqust aylarında isə hasilatı gündəlik 648 min barel artırmaq qərarına gəlib.

Bəyanatda qeyd olunub ki, OPEC+ qrupunun növbəti iclası avqustun 3-də keçiriləcək.

Gülşən Şərif

www.yenicag.az

312
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv