Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

OPEK-dən tarixi qərar: “Amerika bütün dünyaya qarşı döyüşə bilməz”

ABŞ OPEK-in dünənki toplantısında gündəlik neft hasilatının azaldılması haqda qərarını hiddətlə qarşılayıb.

Dünyanın əsas neft ölkələrini birləşdirən OPEK-in ötən gün Vyanada keçirilmiş toplantısında 2019-cu il yanvarın 1-dən etibarən, gündəlik hasilatın ümumilikdə 1,2 milyon barelə enidirilməsi haqda qərar qəbul edilib.

Gündəlik neft hasilatının azaldılmasına qarşı çıxan ABŞ OPEK-in bu qərarından narazılığını sərt formada ifadə edib.

ABŞ dövlət katibi köməkçisinin müavini Sandra Oudkirk OPEK-in məlum qərarını “neft bazarına yersiz müdaxilə” kimi qiymətləndirib.

OPEK-in gündəlik hasılatın azaldılmasına dair qərarını və ABŞ-ın buna etirazının mümkün nəticələrini Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynlinin sözlərinə görə, Vaşinqtonun bu gediaşata təsir imkanları yox dərəcəsindədir:

“Bəli, ABŞ gündəlik neft hasilatının azaldılmasına qarşıdır. Amerika Səudiyyə Ərəbistanının əli ilə gündəlik hasilatın azaldılmasına imkan vermirdi.

Ancaq OPEK ölkələri reallığı nəzərə alaraq, çox mühüm bir qərar qəbul ediblər. ABŞ bu gedişatı dəyişmək imkanında deyil.

Hər halda, OPEK-də çox sayda ölkə təmsil olunur və Amerika bütün dünyaya qarşı döyüşə bilməz”.

A.Zeynalov

www.yenicag.az

3676
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100