!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

OPEK kimi seçəcək: İranı yoxsa ABŞ-ı?

!Reklam – Yazi

“İranın ABŞ tərəfindən ölkəsinə qarşı tətbiq olunan sanksiyalarla bağlı OPEC-ə dəstək olmaq xahişi ilə müraciəti iqtisadi kontekstdə bu qurumdakı ölkələrin marağına cavab verir. Lakin geosiyasi anlamda onlar Tehranı dəstəkləməyə də bilərlər. Onu da unutmayaq ki, bir qayda olaraq, siyasət iqtisadiyyatın arxasınca gedir. Bu mənada zənn edirəm ki, OPEK-ə daxil olan ölkələr İranın həmin müraciətinə ümumən həssas yanaşacaq”.

Yenicag.az xəbər verir ki, bu sözləri OilGas.az-a açıqlamasında politoloq Elşən Manafov deyib:

“İran OPEK-ə üzv dövlətlərdən biridir. OPEK isə dünya neft bazarında qiymətlərin formalaşmasına ciddi təsir etmək gücündə olan tərəfdir. Bildiyiniz kimi, İranın nüvə çalışmaları ilə bağlı vaxtilə bağlanan müqaviləyə münasibətdə  Tramp iqtidarının mövqeyində ciddi dəyişikliklər baş verdi. Vaşinqton Avropadan fərqli olaraq İranla nüvə məsələsində bağlanan sazişdən artıq birtərəfli qaydada imtina edib. Bu da onun göstəricisidir ki, İranla ABŞ arasında qarşıdurma getdikcə güclənəcək. Hansı ki, həmin qarşıdurmanın güclənməsi də son bir neçə ayda dünya bazarında qabarıq şəkildə özünü büruzə verməkdədir. Bəzi ekspertlər bu fonda neftin 100 dollaradək yüksələ biləcəyilə bağlı proqnozlarını səsləndirirlər. Belə bir vəziyyətdə, İranın OPEK-ə ünvanladığı müraciətdə vurğulanan əsas məqam odur ki, həmin qurum dünya neft bazarına çıxardığı məhsulun həcmini artırmasın.

Qeyd edək ki, bu istiqamətdə OPEK-in müəyyən mövqeyi var ki, Azərbaycan da ona dəstək verir. İranın bu fonda müraciəti ondan irəli gəlir ki, ölkənin dövlət büdcəsinin əhəmiyyətli hissəsi məhz neft və qaz hasilatı və nəqlindən əldə edilən gəlirlər vasitəsilə toplanır. Onu da vurğulayaq ki, ABŞ-ın İrana yönəlik sanksiyalarına hələlik Avropadan olan müttəfiqləri belə dəstək vermir. Fransa, Almaniya, İngiltərə və İtaliya kimi Avropa nəhəngləri İrana qarşı tətbiq edilən sanksiyaların bu ölkələrin transmilli şirkətlərinin maraqlarına cavab vermədiyini bəyan edirlər. Bu mənada fikrimcə, nə qədər ki, Avropa Birliyi ABŞ-ın çağırışına cavab verərək, İrana qarşı sanksiyalara qoşulmayacaq, həmin amil Tehranın OPEK-ə ünvanladığı məktuba da müsbət mənada təsir göstərəcək. OPEK-in ixrac etdiyi neftin əsas alıcısı da məhz Avropa ölkələridir.

Bundan əlavə yaddan çıxarmayaq ki, Avropa ölkələrinin İranla münasibətlərə önəm verməsinin bir vacib amili də həmin ölkə neftinin Qərb bazarına dollarla deyil, avro ilə satılması barədə əldə edilən razılıqdır. Bu da dollar imperiyasına vurulacaq ciddi zərbələrdən sayılmalıdır ki, həmin amil də ABŞ-ı narahat etməyə bilməz. Düzdür, Səudiyyə Ərəbistanı daxil olmaqla OPEK ölkələrinin bir qismi İranın ərəb dünyasnda getdikcə güclənməkdə olan mövqeyinə çox qısqanclıqla yanaşır. İranın Yəməndə hüsilərə, Livanda Hizbullaha, Suriyada mövcud rejimə dəstək verməsi OPEK ölkələrinin siyasi elitasının diqqətindən yayınmır. Düşünürəm ki, bu kontekstdə İranın həmin məktubuna OPEK ölkələrinin cavabını bir növ siyasi politra kontekstində də qiymətləndirə bilərik”.

Qeyd edək ki, İranın neft naziri Bijan Zanqane ABŞ tərəfindən tətbiq olunan sanksiyalar fonunda ölkəsini dəstəkləmək xahişi ilə OPEC-ə müraciət edib. O bu məktubu BƏƏ-nin Energetika və Sənaye Nazirliyinə və OPEC konfransının sədri Suheyl əl-Mazruiyə ünvanlayıb.

Hazırda İran Tramp adminstrasiyasının bu ölkə ilə vaxtilə bağlanan nüvə sazişindən çıxmasından sonra ciddi sanksiyalarla qarşı-qarşıyadır. Lakin hələlik bu məsələdə ABŞ təkbaşına fəaliyyət göstərir. Hətta Avropa Birliyindəki müttəfiqləri belə İranla sazişin ləğvi məsələsini dəstəkləmir. OPEK-ə gəldikdə, İranın sözügedən məsələ ilə bağlı ona müraciət etməsinə baxmayaraq, onu da unutmayaq ki, həmin qurumda aparıcı rol qismində Tehranın bölgədə əsas düşmənlərindən biri olan Səudiyyə Ərəbistanı çıxış edir.

www.yenicag.az

2637
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv