OPEK rəhbərindən beynəlxalq agentliyə İTTİHAM: “Neft yatırımlarını azaltmaq çağırışı…”

OPEK-in Baş katibi Beynəlxalq Enerji Agentliyinə (BEA) qarşı sərt ittihamlar səsləndirib.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, OPEK-in Baş katibi Haytam əl-Qeys BEA-nı qlobal enerji bazarında qeyri-sabitlik yaratmaqda suçlayıb.

Baş katibin sözlərinə görə, enerji bazarında sabitliyin pozulmasına cəhd göstərən BEA rəhbərliyi məsuliyyətdən yayınmağa çalışır.

O, Agentliyin neft-qaz sektoruna yatırım layihələrinin əleyhinə çıxdığını da diqqətə çatdırıb. Əl-Qeysin fikrincə, həmin məsələdə çətinlik yaranarsa, bu, BEA-nın fəaliyyətinin nəticəsi kimi qiymətləndiriləcək.

Xatırladaq ki, OPEK baş katibinin bu ittihamları BEA-nın neft hasilatının azalmasının inflyasiyanı artıracağına dair xəbərdarlığından sonra dilə gətirilib.