“OpenAI” şirkəti “ChatGPT”nin seçkilərə müdaxilə üçün istifadə olunduğunu təsdiqləyib.
Yenicag.az “Independent”ə istinadən xəbər verir ki, bu, şirkətin 54 səhifəlik hesabatında yer alıb.
Hesabatda qeyd olunur ki, il ərzində 20 belə manipulyativ fəaliyyət müəyyən edilib və onların qarşısı alınıb.
Fərqli ölkələrin yayım orqanı kimi təqdim edilən saxta quruluşlar yaradılaraq onlaırn geniş axtarış alətlərinə yansıdılması “ChatGPT”də yanlış məlumatların istifadə olunması metodudur.
Şirkət bildirib ki, qeyd olunan fəaliyyət daha çox İran, Rusiya və Çinlə bağlıdır. “OpenAI” həmçinin ABŞ-də keçiriləcək seçkilərə də müdaxilə ilə bağlı xəbərdarlıq edib.
Xatırladaq ki, “OpenAI” şirkətinin baş direktoru Sem Altman ABŞ Senatının iclasında süni intellektdən seçkilərin dürüstlüyünə müdaxilə etmək üçün istifadə edilməsini “ciddi problem” adlandırmışdı.