Operativ Qərargah brifinq keçirir – CANLI

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirir.

Yenicag.az-ın məlumatına görə, brifinqdə Operativ Qərargahın nümayəndələri karantin rejimi tələbləri və koronavirusla bağlı ölkədəki son vəziyyət barədə ictimaiyyəti məlumatlandırır.

Qeyd edək ki, son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 424 nəfər müalicə olunaraq sağalıb.