Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 823 539 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 302 nəfər müalicə olunaraq sağalıb, 9 957 nəfər vəfat edib, aktiv xəstə sayı 280 nəfərdir.
Ölkədə son sutka ərzində 598, hazırkı dövrədək isə 73 33 740 test aparılıb.