Operativ Qərargahdan yoluxma ilə bağlı MƏLUMAT

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 112 yeni yoluxma faktı qeydə alınıb, 234 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 288 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 780 536 nəfər müalicə olunaraq sağalıb 9 647 nəfər vəfat edib, aktiv xəstə sayı 1 105 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqəda 5 153, ötən müddət ərzində isə ümumilikdə 6 656 940 test aparılıb.