Operativ səhvlərdən Pərvinin gen şalvarına… – “A-dan Z-yə Aqil Ələsgərlə” – XI Buraxılış

“A-dan Z-yə Aqil Ələsgərlə” XI buraxılışı (Sezon finalı) ilə görüşünüzə gəlib.

Azərbaycanın Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin arzuları, şəxslərə vəzifəsinin icrasına görə, təşəkkürün edilib-edilməməsi, Operativ Qərargahın qərarları, mətbuatın son halı kimi mövzulara Aqil Ələsgərin təqdimatında fərqli rakursdan baxa biləcəksiniz.
Qeyd edək ki, hər həftənin şənbə günü yayımlanan verilişdə müəllif dünyada və ölkəmizdə baş verən hadisələri, aktual mövzuları özünəməxsus şəkildə şərh edir.

Xatırladaq ki, “Yeni Çağ” Media Qrupunun digər proqramları kimi “A-dan Z-yə Aqil Ələsgərlə”də XI buraxılışı ilə Sezon finalına gedib.

Verilişin sentyabrın ilk həftəsində – “Yeni Çağ”ın ad günündə yeni sezonu açmağı planlaşdırılır.