“Opinion Way” da seçki ilə bağlı nəticələri açıqladı

Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə prezident seçkilərində keçirdiyi “exit-poll”un ilkin nəticələrini açıqlayıb.

Yenicag.az xəbər verir ki, nəticələr aşağıdakı kimidir:

Hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev – 86,53%;

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3,10%;

Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 2,92%;

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 2,81%;

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1, 73%;

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,21 %;

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1, 03%;

“Cəbhəçilərin təşəbbüs qrupu” adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0, 67%;

“Exit-poll” Naxçıvan Muxtar Respublikası istisna olmaqla, digər bütün bölgələri əhatə edib.

COP29