Oqtay Əliyevin dəfn yeri dəyişdirildi

Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dəfn yeri dəyişdirilib.

Yenicag.az xəbər verir ki, o, “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, dünən axşam saatlarında Oqtay Əliyevin Mehdiabaddakı ailə qəbiristanlığında dəfn olunacağı deyilmişdi.

Qeyd edək ki, dünən Saray yolunda baş vermiş qəzada Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib.