!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oqtay Əliyevlə vida mərasimi başa çatdı - VİDEO

!Reklam – Yazi

Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev ilə vida mərasimi başa çatıb.

Yenicag.az xəbər verir ki, mərhumun yaşadığı mənzildə keçirilən vida mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.

Hazırda mərhumun nəşi dəfn olunmaq üçün “Qurd qapısı” qəbiristanlığına aparılır.

 

***

Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev ilə vida mərasimi keçirilir.

Yenicag.az xəbər verir ki, mərhumun yaşadığı mənzildə keçirilən vida mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak edirlər.

Mərasimdən sonra mərhum dəfn ediləcək.

***

10:43

Xəbər verdiyimiz kimi, ötən gün Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev avtomobil qəzasında dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, hazırda mərhumla Yasamaldakı evində vida mərasimi keçirilir. Yaxınları, sənət adamları onunla vidalaşmaq üçün evinə gəlirlər.

Xatırladaq ki, qəza zamanı avtomobildə O.Əliyevin həyat yoldaşı Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də olub.

Qeyd edək ki, Oqtay Əliyev Mehdiabadda babasının yanında dəfn ediləcək.

www.yenicag.az

671
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv