4221063_yMilli Məclisin iclasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisə ilə bağlı bəyanatı sərt tənqid olunub.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, deputat Qüdrət Həsənquliyev bildirib ki, Ermənistanın Azərbaycanla sərhəddə təxribat törədərək üçüncü ölkəni – Rusiyanı bu münaqişəyə cəlb etmək niyyəti var: “Təxribatın ardınca Bordyujanın Ermənistanı müdafiə edən bəyanatı bir daha təsdiq edir ki, bu adam Ermənistanın bir tütəyidir. Biz məsələ qaldırmalıyıq ki, Ermənistanın ələ aldığı tütək təşkilatın rəhbərliyindən kənarlaşdırılsın. Əks halda, bu, getdikcə bizə problem yaradacaq”.

MM sədri Oqtay Əsədov isə deyib ki, Bordyujanın fikri heç də Rusiyanın mövqeyi demək deyil: “Bordyuja öz fikrini bildirə bilər. Bu gün Bordyujadır baş katib, sabah başqası. Bu, o demək deyil ki, Rusiya onun fikri ilə razılaşır”.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."