!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oqtay Əsədov Siyavuş Novruzova irad tutdu: "Bu məsələ müzakirə olunub"

!Reklam – Yazi

Milli Məclisin bu gün keçirilən iclasında “tütün və tütün məhsullarından, istifadə haqqında” qanun layihəsinin 3-cü oxunuşunda millət vəkilləri narazılıqlarını bildirib.

Yenicag.az xəbər verir ki, qanun layihəsinin müzakirəsində çıxış edən YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov 3-cü oxunuşun olmasına baxmayaraq, hələ də açıq və qapalı yerlərdə siqaret çəkmək qaydalarının qeyri-müəyyən qaldığını deyib. O, bildirib ki, bu qanunun qeyri-müəyyən olması bəzi problemlərə yol açır:

“Qanunla bağlı olaraq, digər ölkələrdə müəyyən təcrübələr mövcuddur. Məsələn, Rusiyada aşağı mərtəbədə yaşayan şəxs eyvanda siqaret çəkərkən, yuxarı mərtəbədə yaşayan sakinin rahatlığını pozduğuna görə, məhkəməyə verilib. Məhz buna görə də istəyirəm ki, bizdə də açıq və qapalı yerlərdə siqaret çəkmək qaydaları konkret şəkildə göstərilsin. Ümumiyyətlə, Azərbaycanın bəzi iaşə obyektləri var ki, orada qəlyan çəkilməsi qadağan edildiyinə görə, müştərilər obyektin qarşısında siqaret çəkir və bu hal yoldan keçən digər insanları da narahat edir. Bu səbəbdən də həmin qanuna tam əməl ediləcəyi də qeyri-müəyyəndir”.

Daha sonra millət vəkili çıxışı zamanı Bakıya gələn turistlərin qanun pozuntularına yol verməsini qəbuledilməz olduğunu vurğulayıb:

“Bakıya daha çox turist kimi gələn ərəblərdir. Turistlər həmçinin, mədəniyyətlərini də özləri ilə birgə gətirirlər. Bəzi iaşə obyektləri – restoranlar, kafelər də onları cəlb etmək üçün qanunu pozur. Bu da yolverilməzdir. Qanun layihəsində bu məqamların daha da konkretləşdirilməsi vacibdir”.

Sonra Milli Məclisin spikeri Oqtay Əsədov millət vəkilinə replika ataraq, deputatların bu qanun layihəsinin üçüncü oxunuşunun, müzakirələrin yekun mərhələsinin olduğunu və bu cür təkliflərin birinci, ikinci oxunuşda irəli sürüldüyünü unutduğunu bildirib. Spiker qeyd edib ki, bu təkliflər əvvəlki oxunuşda bəzi deputatlar tərəfindən müzakirə olunub və öz əksini tapıb.

A. Zeynalov

www.yenicag.az

2296
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv