Yolu keçən zaman avtomobillə vurulan hüquq müdafiəçisi müalicə üçün Türkiyəyə yola salınıb.
Yenicag.az-ın xəbərinə görə, bu barədə məlumatı Oqtay Gülalıyevin oğlu Tural Gülalıyev verib.
O bildirib ki, atasını xüsusi təyyarə vasitəsi ilə Türkiyəyə aparıblar. Onu İstanbuldakı Avrasya Xəstəxanasına yerləşdiriblər.
Xatırladaq ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Oqtay Gülalıyevin Türkiyəyə aparılması və orada müəlicə olunması təşkil olunub.
Qeyd edək ki, oktyabr ayının 29-u saat 17:22-də paytaxtın Nəsimi rayonunun 28 May küçəsi ilə Puşkin küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində piyada, Bakı şəhər sakini Oqtay Gülalıyev avtomobillə vurulub.