!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oqtay Gülalıyev koronavirusa yoluxdu

!Reklam – Yazi

Hüquq müdafiəçisi Oqtay Gülalıyev yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Yenicag.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev məlumat verib.

Təbriz Gülalıyev qeyd edib ki, COVİD-19 üçün götürülən analizin nəticəsi müsbət çıxsa da, atasının müalicəsi evdə davam etdiriləcək:

“Atam Oqtay Gülalıyevdən dünən xəstəxanaya köçürülməsi üçün COVİD-19 testi götürüldü. Bu gün çıxan cavablara əsasən, təəssüf ki, nəticə müsbətdir. Ailəmizin qərarına əsasən xəstəxanaya aparılmasını qəbul etmədik. Hələlik COVİD-19 üçün müalicəsi ev şəraitində aparılacaq. Səbəb olaraq bildirim ki, atamın evdə baxım şəraiti fərqli olduğundan (xususi cihazla qida, maye, dərman qəbulu və s) düşünmürük ki, indiki vəziyyətdə hansısa xəstəxanada atama bu şəraitdə baxa biləcəklər. Ümid edirik ki, virusa qarşı müalicəsi normal davam edəcəkdir”.

www.yenicag.az

470
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv