Oqtay Gülalıyev yenidən əməliyyat olundu

Hüquq müdafiəçisi Oqtay Gülalıyev növbəti dəfə əməliyyata alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat veriblər.

“İlk əməliyyatı zamanı götürülmüş kəllə sümüyünün yerinə qoyulması üçün əməliyyat olunmasının vacib olduğu bildirildi. Ümid edirik ki, son əməliyyat onun üçün müsbət dəyişikliklərə doğru yol açacaq”, – ailə üzvləri bildirib.

Xatırladaq ki, O.Gülalıyev daha əvvəl üç dəfə əməliyyat olunub.