!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oqtay Gülalıyevdən yeni XƏBƏR

!Reklam – Yazi

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva Turan TV-yə müsahibəsində ərinin müalicəsinin tam həkim nəzarətində olduğunu deyib.

Yenicag.az xəbər verir ki, o, həyat yoldaşının səhhətində yaxşılaşma olduğunu bildirib.

“Artıq əllərini hərəkət etdirir, nəsə demək istəyir. Həkimlər səs tellərinin düzələcəyini də deyiblər”, – deyə Firuzə Gülalıyeva qeyd edib.

O bildirib ki, dövlətin, Heydər Əliyev Fondunun dəstəyi olmasaydı, Oqtay Gülalıyev aramızda olmayacaqdı.

Firuzə Gülalıyeva Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya göstərilən dəstəyə görə təşəkkür edib.

Xatırladaq ki, aldığı kəllə-beyin travması nəticəsində koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsinə Heydər Əliyev Fondu 2019-cu il noyabrın 4-dən etibarən zəruri dəstək göstərir.

www.yenicag.az

642
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv