Firuzə Gülalıyeva həyat yoldaşı hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsində göstərdiyi dəstəyə görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Yenicag.az xəbər verir ki, F.Gülalıyeva İTV telekanalına müsahibəsi zamanı deyib ki, həyat yoldaşının müalicəsi Türkiyədə davam etdiriləcək:
“Heydər Əliyev Fondunun təşəbbüsü nəticəsində, bizim istəyimizi nəzərə alınaraq Oqtay Gülalıyevin Türkiyədə xəstəxanaya yerləşdirilməsi qərara alındı. Xəstə bu gün artıq Türkiyəyə yola salınıb. Heydər Əliyev Fondu bizim istəyimizi nəzərə alıb Oqtay Güləliyevin Türkiyədə müalicəsinin davam etdirilməsinə və ona yardımçı olmasına dəstək oldu”.
Xatırladaq ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Oqtay Gülalıyevin Türkiyəyə aparılması və orada müəlicə olunması təşkil olunub.
Qeyd edək ki, avtomobil qəzası nəticəsində başından ciddi xəsarət alan Oqtay Gülalıyevin müalicəsi Türkiyədə davam etdiriləcək.