Oqtay Şirəliyev sabiq nazir müavininə vəzifə verdi

“Respublika Diaqnostika Mərkəzi” ASC-nin direktoru Oqtay Şirəliyev səhiyyə nazirinin sabiq müavininə vəzifə verib.

Yenicag.az xəbər verir ki, qaynarinfo-nun əldə etdiyi məlumata görə, Oqtay Şirəliyevin müaviq əmri ilə Viktor Qasımov “Respublika Diaqnostika Mərkəzi” ASC-nin ümumi şöbəsinin müdiri və direktorun köməkçisi təyin edilib.

Viktor Qasımov saytımıza açıqlamasında xəbəri təsdiqləyib: “Təqaüddəyəm. Həm də tibb sahəsində – “Respublika Diaqnostika Mərkəzi” ASC-də fəaliyyətimi davam etdirirəm”.

Qeyd edək ki, Oqtay Şirəliyev 2005-2021-ci illər səhiyyə naziri olub. Viktor Qasımov isə 2020-2022-ci illərdə nazir müavini vəzifəsini tutub.

COP29