Oqtay Şirəliyevin qızı nazir vəzifəsini itirdi – Yeni TƏYİNAT

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva Moskva vilayətinin mədəniyyət naziri vəzifəsindən azad olunub.

Yenicag.az xəbər verir ki, Nərmin Şirəliyeva yenidən Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri postuna təyin edilib.

Moskva vilayətinin mədəniyyət naziri isə Xarlamova Elena Mixayılovna təyin olunub.

Qeyd edək ki, 2013-cü ilin fevralından isə Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri postunu da tutub. 2018-ci ilin sentyabrında Moskva vilayətinin mədəniyyət naziri təyin edilib./Unikal.org/