«Maşın» şouda Sərxan Kərəmoğlu ilə meyxana ifaçısı Oqtay Kamil arasında qalmaqal yaşanıb.
Yenicag.az xəbər verir ki, Oqtay Sərxanın onu şoudan uzaqlaşdıracağını bəyan edib.
Sərxan ona “kişi kimi söz verirəm, hədəfim sən deyilsən” deyib. Lakin Oqtay ona inanmadığını və onun yalan danışdığını bildirib.
“Kişilikdən danışma” deyə əsəbiləşən meyxanaçı Sərxanın ondan qorxduğunu iddia edib.