!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Orada bir Ata var... - Anıtqəbirdən reportaj

!Reklam – Yazi

Mustafa Kamal Atatürk… Türk dünyasının lideri, böyük şəxsiyyət və milyonların rəğbətini qazanmış dahi… 79 il öncə cismən aramızdan ayrılsa da, bir əsrə yaxın vaxt keçsə də, ona olan sevgi tükənməz olaraq qalır, daha da artır.

Bu gün türkün atasının anım günüdür. Ankarada olub da, Anıtkabırı ziyarət etməyəsən? Məncə, bir türk üçün bundan böyük bir günah olmaz ki…

Möhtəşəm İzmir marşının sədaları altında insan izdihamına qoşulub, atamızın hüzuruna doğru irəliləyirik. 7-dən 77-yə hər kəs…

Və üzlərdə sevinc, qürur, fərəh…

Burada təhlükəsizlik də ən yüksək səviyyədə təşkil olunub. İnsanların üzəri, çantalar bir-bir yoxlanılır. Görünür, başı terror bəlasından qurtulmayan qardaş Türkiyə ehtiyatı əldən vermir. Son dövrlərdə gözyaşları qurumayan analar torpağa neçə-neçə övladlarını tapşırırlar. Əlbəttə, bu ölkədə təhlükəsizlik də gücləndirilmiş səviyyədə olmalıdır.

İnsan selinə qarışıb, içəri daxil olmaq üçün növbəyə dayanıram. Səhv başa düşmədiniz, növbə… Türk Dünyasının Atasının məzarını ziyarət etmək istəyən insanların sayı o qədər çoxdur ki, saatlarla növbədə dayanmalı olursan. Amma buna doğrudan da dəyər. Düşünün, o bir saatı daha gözəl nəyə sərf etmək olardı ki?! Səslər getdikcə yüksəlir. İnsanların izdiham dolu səsləri burada nisbətən azalıb. Çünki burada yüksələn səs onların deyil, Atatürkün səsidir.

Mavzoleydə qalaq-qalaq düzülmüş qərənfillər gözə dəyir. Məgər bu saf sevginin təzahürü deyilmi? Heç bir təmənnasız, heç bir qarşılıq güdmədən uşaqlı-böyüklü, hətta fiziki imkanları məhdud olan kəslər belə Atatürk önündə sayqı duruşundadırlar. Hər yan al rəngə boyanıb. Hər yan sevincə bürünüb. Bu arada anım günüdür, “nəyin sevinci?” deyə, düşünməyin. Çünki Atatürk kimi şəxsiyyətlər ölmürlər. Ona görə də, onun adıyla bağlı olan hər gün beləcə fərəhlə, qürurla qeyd olunur.

Səni ziyarət etmək qürurvericiydi. Ruhun şad olsun Böyük Ata.

Aydan Axundova, Ankara

www.yenicag.az

2008
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv