Macarıstanın Baş naziri Viktor Orban yenidən, əgər Ukrayna həmin vaxta qədər Rusiya qazının tranzitini bərpa etməzsə, altı ay sonra Rusiya əleyhinə sanksiyalarla bağlı veto qoymaqla hədələyib.
Yenicag.az xəbər verir ki, Orbanın bəyanatını Bloomberg yaydı.
Cümə günü Macarıstanın dövlət radiosuna verdiyi müsahibədə Orban bildirib ki, bu həftə Macarıstan AB-dən Ukrayna vasitəsilə qaz tranzitinin bərpası ilə bağlı zəmanət alıb.
“Əgər bu vəd pozularsa, biz yalnız sanksiyaların dayandırılmasını təklif etməyəcəyik, həm də onları dayandıracağıq”, – deyə Orban bildirib.
Qeyd edək ki, 27 yanvar tarixində AB Macarıstanı “zorla razı salıb” və Rusiyaya qarşı iqtisadi sanksiyaların uzadılmasını təsdiqləyib, amma Budapeştə güzəştə gedilib.
Kaja Kallas bildirib ki, Macarıstanın Rusiyaya qarşı sanksiyaların uzadılmasına dəstək verdiyi müqabilində “enerji təhlükəsizliyi” barədə verilən bəyanat simvolik xarakter daşıyır./qaynarinfo