Macarıstanın baş naziri Viktor Orban Ukrayna müharibəsinin 2025-ci ildə başa çatacağını bildirib.
Yenicag.az TASS-a istinadla xəbər verir ki, o, bu barədə “Magyar Nemzet” qəzetinə verdiyi müsahibədə deyib.
“Ukraynadakı müharibə 2025-ci ildə başa çatacaq. O, ya sülh sazişi ilə, ya da mübarizə aparan tərəflərdən birinin məhv olması ilə sona çata bilər”, – baş nazir deyib./qaynarinfo